Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 12:51
Bakı. İlhamə İsabalayeva - Trend:
Qurban bayramı günlərində ölkə ərazisində fəaliyyət göstərən 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin ediləcək.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, Qurban bayramı günlərində ölkə ərazisində qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində həyata keçiriləcək.
Bu məqsədlə bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək:
"Sözügedən kəsim məntəqələri barədə əhalini məlumatlandırmaq və heyvan kəsimini həyata keçirəcək şəxsləri standartlara uyğun kəsim məntəqələrinə cəlb etmək məqsədi ilə Agentlik tərəfindən bayram günlərində fəaliyyət göstərəcək stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin siyahısı və ünvanlarını əks etdirən videoçarx hazırlanıb. .
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin