Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Prezidenti müxalifətçini əfv edəcək - FOTO

Gürcüstan Prezidenti müxalifətçini əfv edəcək - FOTO

Tarix: 22 Aprel 2021 08:12

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif "Mtavari" telekanalının həmsahibi Georgi Ruruanın əfv edilməsi barədə aktı gələn həftənin əvvəlində imzalayacaq.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə hakim partiyanın nümayəndəsi, deputat Şalva Papuaşvili bildirib.

"Aprelin 27-də, gələn həftə müxalifətin iştirakı ilə amnistiya haqqında qanun qəbul ediləcək, bundan sonra Prezident dərhal Ruruanın əfv edilməsi barədə akt imzalayacaq", - "Sputnik Gürcüstan" Papuaşvilinin sözlərini sitata gətirir.

Daha əvvəl S.Zurabişvili bildirimişdi ki, hakimiyyətlə müxalifətin siyasi böhrandan çıxmaq üçün saziş imzalayacağı halda Ruruanı əfv edəcək.


Etiketlər:  Gürcüstan Prezidenti müxalifətçini əfv edəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ