Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 10:30
Almaniyanın sənaye nəhəngi "Siemens" və "Google" korporasiyası prosesləri optimallaşdırmağa və zavodların məhsuldarlığını yaxşılaşdırmağa kömək edən yeni süni intellekt texnologiyalarının yaradılmasını nəzərdə tutan əməkdaşlığa başlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, şirkətlərin birgə press-relizinə istinadən edən "SiliconANGLE" nəşrinin məlumatına görə, ideya istehsalçılara fəaliyyətdə rəqəmli transformasiya aparmağa kömək üçün "Google" tərəfindən inkişaf etdirilən "bulud" hesablamaları, süni intellekt və kompüter təlimi texnologiyalarını "Siemens" istehsalı olan avtomatlaşdırma sistemləri ilə birləşdirməkdən ibarətdir.
Şirkətlərin bəyanatına görə, istehsalat sahəsində avtomatlaşdırmaya kəskin tələbat duyulur. Hazırda əksər sənaye prosesləri məlumatlarla əlaqələndirilmiş olsa da, bir çox istehsalçılar hələ də köhnəlmiş proqram təminatından istifadə edir. Bu səmərəsizdir və xeyli resurs tələb edir və şirkətlər məlumatların dəqiqliyinə zəmanət vermək üçün çox vaxt yeniləmə və yoxlamaları əllə etməli olurlar.
Şirkətlər tərəfindən hələlik rəsmi məhsullar təqdim edilməsə də, əməkdaşlığın istehsalçılar üçün süni intellektin sənaye miqyasında qurulmasını, gündəlik işlərin avtomatlaşdırılmasını asanlaşdıracağı və məhsuldarlığı artıracağı bildirilir.
Nizam Nuriyev