Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mirələmov işi" - o qız kimdir? - VİDEO

Tarix: 22 Aprel 2021 14:08

Neft və Sənaye Universiteti: "Hüseynbala müəllimin videosundakı qız bizim işçi deyil!"

"Hüseynbala Mirələmov barədə yayılan videogörüntü universitet daxilində baş verməyib".

Milli.Az xəbər verir ki, bunu modern.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun sabiq kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülər barədə danışarkən deyib.

O, həmin videogörüntünün universitetdən kənar ofisdə çəkildiyini qeyd edib:

"Bildiyimiz kimi Hüseynbala müəllimin tək Azərbaycan Neft və Sənaye Universitetində deyil, digər yerlərdə də vəzifələri var idi. Həmin hadisə universitet daxilində baş verməyib. Digər iş yerlərinin birində baş verib. Hüseynbala müəllim bizdə kafedra müdiri idi, hazırda işindən azad olunub.

Qeyd edim ki, videogörüntüdə yer alan qız da bizim universitetin işçi heyətindən deyil".

Milli.Az


Etiketlər:  Mirələmov işi o qız kimdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ