Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pərvin Abıyevadan xəbər var

Pərvin Abıyevadan xəbər var

Tarix: 22 Aprel 2021 16:10

Aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan barışıb.

Mili.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Pərvin "MTV Azərbaycan"a açıqlamasında deyib. Anası ilə birlikdə restoranlardan birinə yollanan aktrisa səhnəyə çıxan Səidəyə yaxınlaşıb. Pərvin ifaçıya gül də verib.

Abıyeva bildirib ki, bu onların ilk bir araya gəlişi deyil:

"İki ildir danışırıq. Dəfələrlə görüşüb, yemək də yemişik. Amma nümayiş etdirməmişik. Gecədə Səidəyə yaxınlaşmağımın səbəbi isə anam oldu. Onun səhnə çıxışından xoşu gəldi, mən də yaxınlaşıb özünə dedim".

Qeyd edək ki, Səidə ilə Pərvin arasında mübahisə "Maşın" şouda başlamışdı. İfaçı Cavad Rəcəbov səsvermə zamanı rejissor Kənan M.M.-i şoudan uzaqlaşdırmaq istədiyini söyləyib. P.Abıyeva isə dostluq etdiyi Kənan M.M.-i qorumaq üçün "Qardaşım üçün səs istəyirəm" deyərək sevənlərinə üz tutub. S.Sultan aktrisanın bu ifadələrinə sərt münasibət bildirib. Daha sonra P.Abıyeva ilə S.Sultan bir-birini təhqir edib və canlı yayım zamanı hər iki iştirakçının mikrofonları söndürülüb.

Milli.Az


Etiketlər:  Pərvin Abıyevadan xəbər var


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR