Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Qəhrəmanın oğlu nazirlikdəki işindən ayrıldı

Milli Qəhrəmanın oğlu nazirlikdəki işindən ayrıldı

Tarix: 24 Aprel 2021 10:32

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov işindən ayrıldığını bildirib.

Milli.Az bildirir ki, C.Əsgərov yeni layihə üzərində çalışdığını açıqlayıb.
 
Qeyd edək ki, Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz" radiosunda siyasi şərhçi, "Türk El" telekanalında baş direktor, CBC kanalında "Xəbərlər" redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi işləyib.

O, şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

Milli.Az


Etiketlər:  Milli Qəhrəmanın oğlu nazirlikdəki işindən ayrıldı


RƏYLƏR