Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 11:10
Hindistanda yeni növ koronavirusa (COVID-19) sutkalıq yoluxma sayı 346 786-ya çatıb, 2,6 mindən çox insan ölüb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricilərdir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikincidir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 16,6 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb. 13,8 milyondan çox insan sağalıb, 189,5 min nəfər ölüb.
Xatırladaq ki, Hindistanda koronavirus xəstələrinin sayında artım fevral ayınınn ortalarından bəri davam edir. Nəticədə COVID-19-dan müalicə alanların sayı 2,55 milyonu ötüb.