Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bulvarda kirayələmədiyimiz skuteri orada sürə bilmərik? - İdarə susur

Bulvarda kirayələmədiyimiz skuteri orada sürə bilmərik? - İdarə susur

Tarix: 24 Aprel 2021 17:48

Dənizkənarı Bulvarda kənardan gətirilən elektrikli skuter sürmək qadağan edilib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Orxan Əkbərov adlı sosial şəbəkədə istifadəçisi məlumat paylaşıb.

O bildirib ki, dostu ilə birlikdə Neftçilər prospektində yerləşən mağazalarının birindən elektrik skuter kirayə götürüblər:

"Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik, yeni bulvarda velosiped və skuterlər üçün ayrılmış yerə getdik. Elə təzə skuter sürməyə başlamışdıq ki, Dənizkənarı Bulvar İdarəsinin mühafizəsi hər addım başı bizi saxladı. Bizə bildirdi ki, skuteri bulvardakı kirayə yerindən götürmədiyimiz üçün burda sürməyə icazə yoxdur.

Bildirdim ki, skuter özümə məxsusdur. Mühafizə də əlavə etdi ki, bunu sübut etməliyəm. Yəni cibinizdə skuteri aldığınıza dair çeklə gəzməlisiniz".

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik.

Milli.Az


Etiketlər:  Bulvarda kirayələmədiyimiz skuteri orada sürə bilmərik İdarə susur


RƏYLƏR