Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstələr oksigen çatışmazlığından vəfat edir

Xəstələr oksigen çatışmazlığından vəfat edir

Tarix: 26 Aprel 2021 10:40

Dünyanı cənginə alan koronavirus pandemiyası Hindistanlıların dəhşətli yuxusuna çevrilib. Burada hər gün 350 mindən çox insan virusa yoluxur. Xəstə sayı isə artıq milyonlarladır.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ölkənin Qucarat və Maharaştra kimi ştatlarında fəaliyyət göstərən xəstəxanalarda oksigen tamamilə tükənib.

Paytaxt Dehlidə də acınacaqlı vəziyyət hökm sürür. Şəhərdəki Qanqa Rim xəstəxanasında 25 koronavirus xəstəsi oksigen çatışmazlığı səbəbindən vəfat edib, 60 xəstənin isə öləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Buna görə də Hindistan hökuməti, xəstələr üçün sadəcə 1 saatlıq oksigen qaldığını bildirərək xarici ölkələrdən yardım istəyib. Bu çağırışdan sonra Hindistana, tankerlərlə 700 ton oksigen göndərilib.  Həkimlər isə yoluxma hallarında artım qeydə alındığından oksigen çatışmazlığının hələ bir müddət davam edəcəyini bildirib.

Qeyd edək ki, son 24 sutkada ölkədə 345 min 147 yoluxma faktı qeydə alınıb, 2 min 621 nəfər isə dünyasını dəyişib. Bu günə qədər Hindistanda 16 milyon 610 min 481 nəfər Covid-19-a yoluxub.


Etiketlər:  Xəstələr oksigen çatışmazlığından vəfat edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ