Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 22:48
Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 4 matç keçirilib.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Qarabağ” “Dundalk” (İrlandiya) səddini keçə bilməsə, mübarizəyə Avropa Liqasında davam edəcək. Ağdam klubunun 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bu gün keçirilən “Feronikeli” (Kosovo) – “Slovan” (Slovakiya) matçının qalibi olacaqdı. İlk oyunda (2:1) olduğu kimi, səfərdə də qələbə (2:0) qazanan “Slovan” “Qarabağ” – “Dundalk” cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, mərhələnin bir oyunu sabah, təmsilçilərimiz "Neftçi" və "Qəbələ"nin görüşləri də daxil olmaqla, digər matçlar isə avqustun 1-i keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
30 iyul
"Linkoln" (Cəbəllütariq) – "Ararat" (Ermənistan) - 1:2
Qollar: Oqana, 45+1 (0:1) 58 (0:2), Hernandes, 74 (1:2)
İlk oyun – 0:2
"Suduva" (Litva) – "Tre Penne" (San Marino) - 5:0
Qollar: Topçaqiç, 14, 39, 55, Kerla, 17, Qotal, 89
İlk oyun – 5:0
"Düdelanj" (Lüksemburq) – "Şkendiya" (Makedoniya) - 1:1
Qollar: Delqado, 78 (1:0),İbrahimi, 90+2 (1:1)
İlk oyun – 2:1
"Feronikeli" (Kosovo) – "Slovan" (Slovakiya) - 0:2
Qollar: De Marko, 19, Holman, 54,
İlk oyun – 1:2