Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jurnalistlər Xocavənddə Azıx mağarasında olublar - FOTO

Jurnalistlər Xocavənddə Azıx mağarasında olublar - FOTO

Tarix: 28 Aprel 2021 19:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitəsinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonunun Azıx kəndində olub və Azıx mağarasını ziyarət ediblər.

Sonxeber.net-ın məlumatına görə, jurnalistlərə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyinin qorunması xidmətinin rəisi Firudin Əliyev qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur:

"Bunu eramızdan əvvəl 350-400 min əvvəl aşkar olunmuş qadının alt çənə sümüyü də sübut edir. Mağarada Paleolit, Eneolit və Tunc dövrlərinə aid tarixi nümunələr arxeoloji qazıntılar zamanı aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanıb, 1968-ci ildə qadın alt çənə sümüyü aşkar olunub. Çox təəssüf ki, 1993-cü ildə ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib. Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur".


Etiketlər:  Jurnalistlər Xocavənddə Azıx mağarasında olublar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ