Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 08:38
SOCAR-ın Qaz İxrac İdarəsi diametri 530 mm olan "Qaradağ-Sumqayıt" yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır.
Magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaz nəqli sisteminə birləşdiriləcək.
Təmir zamanı bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşviqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir.