Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 08:48
Yumurtalıqların xərçəngi qadın cinsiyyət orqanlarının bədxassəli şişləri arasında uşaqlığın xəsrçəngindən sonra ikinci yeri tutur. Əsasən 40-60 yaş arası təsadüf olunur. Yumurtalıqların xəçəngi birincili, ikincili və metastatik olmaqla 3 yerə bölünür.
Birincili xərçəng yumurtalıqların birincili zədələnməsindən əmələ gələn bədxassəli şişlərdir. Bunlara - differensiyasiya olunmamış karsinoma, disgerminoma, embrional karsinoma, xorionepitelioma, yetişməmiş teratoma və qonadoblastoma aiddir.
Yumurtalıqların ikincili xərçəngi (sistadenokarsinoma) - yumurtalıqların xoşxassəli şişlərinin və ya sərhəd şişlərinin bədxassəli şişlərə keçməsindən əmələ gəlir və bədxassəli şişlərin 80-88%-ni təşkil edir. Çox vaxt yumurtalıqların ikincili xərçəngi seroz, bəzən isə musinoz sistadenomalardan əmələ gəlir. Yumurtalıqların ikincili zədələnməsində endometroid sistadenokarsinoma da aiddir ki, bu şişlər əsasən gənc qadınlarda təsadüf edilir və sonsuzluqla müşayiət olunur. Xəstəlik çox vaxt gizli şəkildə inkişaf edir. Yumurtalığında şiş olan xəstələr xərçəng inkişaf etdikdən sonra qarının aşağı hissəsində ağrıda və bu ağrının ən çox aşağı əyilərkən baş verdiyindən şikayətlənirlər.
Müalicə: Yumurtalıqların xərçənginin müalicəsi cərrahi yolla, şüa terapiyası və kimyəvi terapiyadan ibarətdir.
Proqnoz qənaətbəxş deyil. Xəstəliyin gedişi şiş əlamətlərini ağırlıq dərəcəsindən, şişin morfoloji strukturundan asılıdır.