Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sarqsyan Ermənistanın indiki hakimiyyətini təhqir etdi

Sarqsyan Ermənistanın indiki hakimiyyətini təhqir etdi

Tarix: 29 Aprel 2021 08:54

"Əgər biz qurduqsa, onlar qurdbasanlar deyillər, çaqqallardır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan "Hakimiyyət" filminin rejissoru Mqer Mkrtçyana müsahibəsində ölkənin indiki hakimiyyətindən danışarkən deyib.

Mkrtçyan Sarqsyanın hazırkı prezident Armen Sarkisyan haqqında fikirləri ilə də maraqlanıb.

"Hakimiyyət divarın üzərindəki kölgə kimidir və elə olur ki, balaca adamlar böyük kölgə salırlar", - Sarqsyan deyib.

Xatırladaq ki, S.Sarqsyan Baş nazir postundan 2018-ci il aprelin 23-də günlərlə davam edən etiraz aksiyalarından sonra istefa verib. Mayın 8-də etirazların lideri Nikol Paşinyan Baş nazir seçilib.

Milli.Az


Etiketlər:  Sarqsyan Ermənistanın indiki hakimiyyətini təhqir etdi


RƏYLƏR