Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bilsəydim koronovirus gələcək, pul yığardım''

''Bilsəydim koronovirus gələcək, pul yığardım''

Tarix: 29 Aprel 2021 18:35

"Bilsəydim koronovirus gələcək, pul yığardım. Tələbxərclik etmişəm. Paltara çox pul vermişəm. Studiyadalarda nə qədər pul tökmüşəm. Həmin pullara villa alardım".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova "Gün ortası" proqramında deyib. Müğənni pandemiyada yaşadığı maddi sıxıntılardan danışıb:

"Küçədə maşınla gedirdim, yolda əlində gül satan görəndə deyirdim gətir. Alırdım, qoyurdum evə. Kənardan baxanda çox varlı, parıltılı görünürük. Çünki biz baxımlıyıq, müğənniyik, yaxşı geyinməliyik. İnstaqramda baxırsan insanlar nə qədər yardım istəyir. Bizim hamıya yardım etməyə gücümüz çatmaz".

G.Məmmədova "Niyə ailə qurmursunuz" sualına belə cavab verib:

"Qismət belədir. Bu dəqiqə oğlumu evləndirmək istəyirəm. Onu düşünürəm ki, gözəl qız tapım evlənsin. Özü seçsin, bəyənsin. Amma mən də baxacam. Baxmaram, çirkindir, əsas oğlum istəsin. Demirəm, istəyən olmur. İstəyən də, elçi düşən də olur. Amma düşünmürəm, həyatımı yaşayıram. Allahın yazısıdır, yazacaqsa, olacaq".


Etiketlər:  Bilsəydim koronovirus gələcək yığardım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ