Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2021 11:48
Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.
Sonxeber.net xəbər evrir ki, bu barədə APA-ya nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.
O bildirib ki, A.Kərimovun bu həftə karantin müddəti başa çatıb: "Nazirin səhhəti yaxşıdır və COVID-19 infeksiyası üçün götürülən son analiz nümunələrinin nəticəsi də neqativdir".
M.Qafarzadə mədəniyyət nazirinin bu həftədən etibarən işə çıxdığını vurğulayıb.