Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 17:28
Ötən mövsümün ikinci yarısını icarə əsasında "Barselona"da keçirən Kevin-Prins Boatenq yenidən İtaliyada çıxış edəcək.
Qol.az xəbər verir ki, müqavilə ilə "Sassuolo"ya məxsus olan qanalı hücumçu "Fiorentina"ya keçib. Məlumatı klubun rəsmi saytı yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. "Fiorentina" afrikalı forvard üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Boatenq "Barselona"da cəmi 4 oyunda meydana çıxıb.