Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 08:32
Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Azərbaycan kəlağayılarına heyran olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.
"Bu gün Azəripək zavoduna baş çəkdim. İpək istehsalı prosesi həyəcanverici idi və kəlağayılar çox möhtəşəm idi", - britaniyalı diplomat yazıb.
C.Şarpın bu paylaşımı azərbaycanlı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Onlar səfirə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqətə görə təşəkkürünü bildiriblər.