Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq”- Tanınmış aktrisa

“Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq”- Tanınmış aktrisa

Tarix: 5 May 2021 09:25

Türkiyənin məşhur aktrisalarından olan Hande Soral çəkildikləri filmlər səbəbindən həyat yoldaşı, özü kimi aktyor İsmail Dəmirçi ilə uzun müddətdir görüşə bilmədiyindən danışıb. O, iki ildir ayrı-ayrı şəhərlərdə yaşadıqlarını deyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, aktrisa bu vəziyyətə görə çox çətinlik çəkdiklərini, ancaq müvəqqəti olduğu üçün səbr etdiklərini bildirib. Evliliyin münasibətlərə təsirindən danışdıqda isə Soral onlarda vəziyyətin başqa cür olduğunu deyib:

"Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq. Hələ ki, dəyişməyə vaxtımız olmayıb, yeni evli sayılırıq hələ", - deyə o əlavə edib.

O, əri ilə birlikdə necə vaxt keçirdiklərindən də danışıb.

"O qədər uzun müddətdir ayrıyıq ki, birlikdə olduğumuz vaxt uzun-uzun söhbətlər edirik. Birlikdə seyr etmək üçün filmlər seçirik. Amma ən çox səyahətə çıxmağı xoşlayırıq", - deyə aktrisa bildirib.


Etiketlər:  Üç ildir evliyik ildir ayrı yaşayırıq Tanınmış aktrisa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ