Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistləri arasında qalmaqala son qoyulur?

Xalq artistləri arasında qalmaqala son qoyulur?

Tarix: 5 May 2021 17:10

Xalq artisti Flora Kərimova illərdir küsülü olduğu Röya Ayxana barışıq addımı atıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV maqazin onlarla" proqramında onunla duet oxuyub-oxumayacağı haqda suala gözlənilməz cavab verib:

"Niyə olmasın? Ürəyi, səsi, şirinliyi, şıltaqlığı, zarafatı var. Niyə duet oxumayaq?".

Qeyd edək ki, F.Kərimova ilə R.Ayxan arasında qalmaqal məhkəməyə qədər gedib çıxmışdı. Kərimova Röyanın səs diapozonunun kiçik olduğunu söyləyib. Ondan sonra tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib. Bir müddət əvvəl isə Kərimova Röyanın ünvanına "Röyanın ürəyi var. Bilirsiniz o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallmaq istəyirsən. Onları xatırladır. Mən heç nəyi unutmuram. Qisas alanam. Ancaq elə insanlar var ki, onlara qıymıram" sözlərini söyləyib.


Etiketlər:  Xalq artistləri arasında qalmaqala qoyulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ