Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvəndin ikinci dozası 15 gün gecikdirilə bilər - İnfeksionist

Peyvəndin ikinci dozası 15 gün gecikdirilə bilər - İnfeksionist

Tarix: 5 May 2021 17:28

Peyvəndəndin birinci dozası ilə ikinci dozası fərqli olarsa, virusa qarşı qoruyuculuq yaranma ehtimalı az olar.

Sonxeber.net bildirir ki, bunu "ARB Xəbər"ə açıqlamasında TƏBİB-in əməkdaşı Vasif Əliyev deyib.

"Peyvəndlərin hər biri iki dozada vurulur. İlk doza vurulmasının 28-ci günündə həmin peyvənddən yenidən istifadə edilməsi mütləqdir. Çünki fərqli peyvəndlər fərqli yöndə təsir göstərdiyi üçün başqa peyvəndin istifadə olunması qoruyuculuq yaranma ehtimalını azaldır", - o bildirib.

İnfeksionist Vüqar Cavadzadə isə qeyd edib ki, vaksinasiyanın ikinci mərhələsinin 5-10 gün ləngiməsi problem yaratmır:

"İkinci dozanın vurulmasının 5-10 gün ərzində ləngiməsinin elə də ciddi narahatlığı yoxdur".


Etiketlər:  Peyvəndin ikinci dozası gün gecikdirilə bilər İnfeksionist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ