Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eşitmə məhdudiyyəti olan insanların sayı artıb - VİDEO

Eşitmə məhdudiyyəti olan insanların sayı artıb - VİDEO

Tarix: 6 May 2021 10:50

Azərbaycanda eşitmə əngəlli insanların sayı artıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, son dövrlərin statistikasına əsasən,  eşitmə əngəlli insanların sayında artım müşahidə edilir.

Yeni doğulmuş körpələrin  qulaqlarının ya birində, ya da hər ikisində eşitmə əngəli olur.

Həkim Jalə Eyvazova hesab edir ki, bunun  bir neçə səbəbi ola bilər. Bunlardan biri genetik faktorla bağlıdır. Əgər iki valideyindən biri və ya ikisi bu genin daşıyıcısıdırsa, belə problem yarana bilər. Vaxtından erkən doğulan körpələrdə də bu hala geniş rast gəlinir.

Həkimin sözlərinə görə, burada valideyin məsuliyyətindən də çox şey asılıdır. Ananın hamiləlik müddətində zərərli dərmanlar qəbul etməsi, infeksion xəstəlik keçirməsi körpədə eşitmə əngəli yarada bilər. Bundan əlavə, bölgələrdə uşaqların müalicəsi üçün valideyinlər tərəfindən gec müraciət edilir. Bəzən gec edilən müraciətlərdə müalicənin  heç bir faydası olmur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 3 ildə Azərbaycanda eşitmə məhdudiyyəti olan xəstələrin sayı 49 min 526-a çatıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Eşitmə məhdudiyyəti olan insanların sayı artıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ