Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 18:48
İspaniya Primerası Lionel Messinin evindəki naharda iştirak edən "Barselona" futbolçuları barədə araşdırma başladıb.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Nəşr qeyd edir ki, hətta futbolçuların koronavirus protokolunu pozduğu üzə çıxsa belə, cəzalar o qədər də əhəmiyyətli olmayacaq.
Xatırladaq ki, Messi öz evində "Barselona"nın əsas komandası üzvlərinə nahar verib. Buna səbəb komandanın "Valensiya" üzərində vacib qələbə qazanmasını qeyd etmək, həmçinin mayın 8-də "Atletiko" ilə oyun öncəsi motivasiyanı artırmaq olub.