Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020: Kubok müxtəlif məkanlarda - FOTOREPORTAJ

AVRO-2020: Kubok müxtəlif məkanlarda - FOTOREPORTAJ

Tarix: 7 May 2021 14:18

İyunun 11-də Romada start götürəcək futbol üzrə Avropa Çempionatının əsas mükafatı olan "Anri Delone" kuboku Avropanı səyahətə çıxıb, Roma, Buxarest və Budapeştdən sonra dördüncü dayanacağı Bakı şəhəridir. 

Kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub. Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq. Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdır. Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək. Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.

Milli.Az


Etiketlər:  AVRO 2020 Kubok müxtəlif məkanlarda FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ