Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı 200 milyon vaksin dozasını üzv ölkələr arasında bölüb

Avropa İttifaqı 200 milyon vaksin dozasını üzv ölkələr arasında bölüb

Tarix: 7 May 2021 20:24

Avropa İttifaqı indiyə qədər koronavirus əleyhinə 200 milyon vaksin dozasını üzv ölkələr arasında bölüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. Onun sözlərinə görə, indiyədək 200 milyon vaksin dozası Avropa İttifaqı ölkələri arasında paylanıb. Bu preparatlar Avropanın yetkinlik yaşına çatmış əhalisinin yarıdan çoxunun azı bir doza vaksin əldə etməsi üçün kifayətdir.

"Başqa ölkələr peyvənd istehsalını özləri üçün saxlayarkən, Avropa bütün dünyada peyvəndin əsas ixracatçısına çevrilib. İndiyə qədər Avropada istehsal olunan 200 milyondan çox vaksin dozası digər ölkələrə göndərilib", - deyə Avropa Komissiyasının rəhbəri bildirib.

Ursula fon der Lyayen, həmçinin Avropa İttifaqının 2021-ci ilin iyul ayınadək qitənin yetkinlik yaşına çatmış əhalisinin 70 faizini vaksinasiya edərək qarşısına qoyduğu hədəfə çata biləcəyinə əminliyini ifadə edib.

"COVAX mexanizmi də daxil olmaqla Avropadan dünyanın 90-dan çox ölkəsinə vaksin ixrac olunur. Peyvəndlər, əsasən Kanada və İngiltərə kimi yaxın müttəfiqlərimizə göndərilir. İndiyə qədər ingiltərəli dostlarımıza ümumilikdə 28 milyon vaksin dozası çatdırmışıq. Yaponiya 72 milyon doza, Sinqapur, Meksika və Kolumbiya isə milyonlarla doza vaksin əldə edib və bunlar ixracın yalnız bir hissəsidir. Avropa bu gün dünyanın aptekinə çevrilib", - deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.

Milli.Az


Etiketlər:  Avropa İttifaqı milyon vaksin dozasını üzv ölkələr arasında bölüb


RƏYLƏR