Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 15:55
Xalq artisti Könül Xasıyeva koronavirusdan sağalıb.
Sonxeber.net xəbər verir ki, bu barədə lent.az-a muğam ifaçısının özü bildirib: "İki həftə öncə oldu, keçdi. Bu barədə də bütün saytlar yazdı. Daha bu virusla bağlı heç nə yazılmasın. Artıq yaxşıyam, sağalmışam".
Xatırladaq ki, K.Xasıyeva ev şəraitində müalicə olunub: "Xəstəxanaya getmədim. Evdə müalicə aldım. Allah bütün xəstələrə şəfa versin".
Qeyd edək ki, muğam ifaçısı illərdir xərçəng xəstəliyi ilə mübarizə aparır.