Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 17:56
Moskva-Kiyev sərhədində gərginlik davam edərkən ABŞ-dan sonra Avropadan da Ukraynaya dəstək gəlib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa İttifaqına üzv Belçika, Niderland və Lüksemburqun xarici işlər nazirləri Kiyevə səfər ediblər.
Hər 3 ölkənin rəsmiləri rusiyapərəst separatçılarla toqquşmaların baş verdiyi Donbass bölgəsini ziyarət ediblər və vəziyyət barədə məlumat alıblar.
XİN rəhbərləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini xatırladaraq bu məsələdə dialoqun yeganə həll yolu olduğunu vurğulayıblar.