Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 19:34
Fransanın PSJ klubunun italiyalı yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, 28 yaşlı futbolçu dizindən zədələnib.
Bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onun zədəsinin ciddi olduğu bildirilir. Markonun yaxın günlərdə təkrar müayinədən keçəcəyi diqqətə çatdırılıb.
Verrattinin qarşıdakı Avropa çempionatında iştirakı da sual altındadır. Yekun müayinələr onun zədəsinin ciddi olduğunu üzə çıxarsa, PSJ-nin yarımmüdafiəçisi AÇ-2020-də İtaliya yığmasına kömək edə bilməyəcək.