Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2021 23:18
Son 5 ildə ümumi sonsuzluq statistikasında kişi sonsuzluğunun payı 55%-ə çatıb. Halbuki 10 il əvvəl birinci yerdə qadın sonsuzluğu idi.
Kişilərdə sonsuzluq daha çox varikosel və spermanın morfologiya və sayında azalma səbəbindən baş verir.
Sonxeber.net xəbər verir ki, ginekoloq həkim Aynur İsmayılova gənc kişilərdə sonsuzluğun bir səbəbinin də dar, cins, sıx şalvarlar olduğunu bildirib. O, bu təsiri belə izah edib.
"Qadınlarda yumurtalıqlar daxildə yerləşdiyi üçün xarici temperatur dəyişikliyi təsir etmir. Kişilərdə isə əksinədir. Normal spermin yaranması üçün cinsi orqanlarda temperatur bədən temperaturundan aşağı olmalıdır. Dar, cins şalvar isə buna mane olur.
Dar, sıx, xüsusən cins şalvarlar, bel hissəni tam tutmayan şalvarlar kişi cinsi orqanı, xüsusən xayalar üçün "istixana" effekti yaradır, havalandırma, istlik sistemi pozulur. Nəticədə anormal spermlərin sayı çoxalır, normal spermatogenezin yaranmasının qarşısını alır, aşağı çanaq orqanlarında qan dövranı pozulur, varikosel yaranır. Bunlar da kişinin ata olmasına mane olur.
Xatırladaq ki, əvvəl kişilərimiz necə geyinirdi: parça şalvar, geniş, enli, boş, bel hissə yuxarıda. O cür geyinmək lazımdır.
Eləcə də körpə oğlan uşaqlarının pampersdə çox saxlanması da eyni "istixana" effekti verir, uşağın cinsi orqanları və xayalarda normal spermin yaranması prosesini pozur". /medicina.az