Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA - FOTO

Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA - FOTO

Tarix: 12 May 2021 19:16

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumatda deyilir: "Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır.

Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması hallarıyla rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin, bu cür qanunsuz əməllərə yol verənləri, ictimai qınağa çəkməyə çağırırıq".

Milli.Az


Etiketlər:  Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb BNA FOTO


RƏYLƏR