Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 22:22
İngiltərənin "Mançester Siti" ilə "Çelsi" komandaları arasında İstanbulda keçirilməli olan Çempionlar Liqasının final matçına ev sahibliyi Türkiyədən alınacaq.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, həlledici oyun Portuqaliyada, Portu şəhərindəki "Draqao" stadionunda keçiriləcək.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Xəbərdə, UEFA-nın yaxın zamanda final matçının məkanının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verəcəyi bildirilib.
Çempionlar Liqasının finalının Türkiyədən alınmasına səbəb bu ölkədə koronavirusa yoluxma hallarının artmasıdır.
Çempionlar Liqasının finalı mayın 29-da, İstanbulda keçirilməli idi. Ötən mövsümdə də ÇL-in finalı İstanbuldan alınaraq Portuqaliyaya verilmişdi.