Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 19:33
Duzlu olmayan təzə pomidor şirəsi arterial təzyiqi salır, ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır, ürək xəstələri üçün faydalıdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu Tokio Tibb universitetinin alimləri bildirib.
Onlar 184 kişi, 297 qadın xəstə üzərində apardıqları tədqiqat zamanı sübut ediblər ki, pomidor şirəsi pis xolesterin, damarları tutan lipoproteinlərin qanda konsentrasiyasını azaldır.
Tədqiqat zamanı pasiyentlər 1 il ərzində tomat şirəsi içiblər.
Nəticələr göstərib ki, 94 iştirakçıda arterial təzyiq xeyli azalıb.
125 nəfərdə isə zərərli xolesterin 155 mq-dan 148 mq-a düşüb.