Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmaq yasaqlandı

Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmaq yasaqlandı

Tarix: 13 May 2021 23:12

Almaniya dünyada ilk dəfə Facebook-un Whatsapp istifadəçilərinin məlumatlarını yığmasını qanun səviyyəsində qadağan edib. Beləliklə Whatsapp-da 15 may tarixində qüvvəyə minəcək yeni konfidensial qaydalar Almaniya hökuməti tərəfindən qanunsuz hesab edilir. Facebook Almaniyanın qərarına rəsmi cavab kimi bildirib ki, şirkət yeni konfidensiallıq qaydalarını messencerə inteqrasiya etməyə davam edəcək. Bu barədə Bloomberg saytı xəbər verib. Almaniya hökumətinin qadağası 3 ay üçün nəzərdə tutulub. Facebook-a qarşı sanksiyaların tətbiq olunması təşəbbüsü məlumatların qorunması və informasiyaların azadlığı üzrə komissar Johannes Caspar-a məxsusdur.

Onun fikrincə Whatsapp-ın yeni şərtləri qeyri şəffaf və ziddirlər. O həmçinin Avropa Birliyinə daxil olan digər ölkələri də bu cür tədbirlər görməyə çağırıb. Whatsapp təmsilçiləri öz növbələrində komissarın fikirlərini səhv adlandırıblar və bildiriblər ki, qanun səviyyəsində qəbul edilmiş qadağa yeni konfidensiallıq siyasətinin messencerə inteqrasiya olunmasına mane olmayacaq. Məlumatda qeyd olunub ki, Almaniya hökumətinin qərarı messencerdəki yeni konfidensiallıq qaydalarının məqsədlərinin düzgün şəkildə anlaşılmamasına əsaslanır.

Qeyd etmək lazımdır ki, Facebook Whatsapp üçün nəzərdə tutulmuş yeni konfidensiallıq qaydalarını bu ilin əvvəlində anons etmişdi. Anons ediləndən sonra şirkət insanlar tərəfindən sərt şəkildə tənqid olundu. Tənqidlərdən sonra isə Facebook bu yenilənmənin qüvvəyə minməsini 15 may tarixinə kimi təxirə salmalı oldu. Yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçiləri öz konfidensial məlumatlarının messencerə və birbaşa Facebook-a ötürülməsinə razılıq verirlər. Ötürüləcək konfidensial məlumatlar arasında telefon nömrəsi və istifadəçinin kontakt məlumatları da yer alırlar.

Milli.Az


Etiketlər:  Facebook a Whatsapp istifadəçilərinin məlumatlarını yığmaq yasaqlandı


RƏYLƏR