Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 08:30
Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, əvvəlcə 19-cu turdan təxirə salınmış "Aston Villa" - "Everton" görüşü baş tutub.
Bu oyunda komandalar meydanı qolsuz tərk ediblər.
Daha sonra 34-cü turda Mançesterdəki etirazlara görə təxirə salınmış "Mançester Yunayted" - "Liverpul" matçı keçirilib. Altı qolun qeydə alındığı bu oyunda isə qonaqlar qələbə qazanıblar.
Bu nəticədən sonra "Mançester Yunayted" 70 xalla 2-ci pillədə qərarlaşıb. "Liverpul" isə 60 xalla 5-ci pilləyə yüksəlib.
İngiltərə Premyer Liqası
13 may
19-cu turun oyunu
Aston Villa - Everon 0:0
34-cü turun oyunu
Mançester Yunayted - Liverpul 2:4
Qol: B.Fernandes, 10. Reşford, 68 - Jota, 34. Firmino, 45+3; 47. Salah, 90.