Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanda Quran səhifəsinin dünyada ən böyük əlyazma nüsxəsi hazırlanıb

Özbəkistanda Quran səhifəsinin dünyada ən böyük əlyazma nüsxəsi hazırlanıb

Tarix: 14 May 2021 20:34

Özbəkistanda müqəddəs Quran səhifəsinin dünyada ən böyük əlyazma nüsxəsi hazırlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, əlyazma səhifəsi XIV əsrdə Teymurilər İmperiyasının üçüncü hökmdarı Şahrux Mirzə üçün Baysunkar Mirzə tərəfindən üzü köçürülən Quranın bir səhifəsinin böyüdülmüş nüsxəsidir.

Səhifənin hazırlanması üçün Yaponiyadan qızıl suyu ilə işlənmiş kağız, Türkiyədən rənglər gətirilib.

Quran səhifəsi özbək xəttatı Nəcməddin Fayazi tərəfindən 6 ay müddətinə hazırlanıb.

Daşkənddəki İslam Mədəniyyəti Mərkəzinin rəhbəri Şoazim Munavvarov jurnalistlərə bildirib ki, səhifənin Ginnesin Rekordlar kitabına salınması üçün sənədlər hazırlanır.


Etiketlər:  Özbəkistanda Quran səhifəsinin dünyada böyük əlyazma nüsxəsi hazırlanıb


RƏYLƏR