Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2021 10:52
Bu gündən - 15 may 2021-ci il tarixindən "WhatsApp" messenceri istifadəçiləri seçim qarşısında qalır.
İstifadəçilər yeni xidmət qaydalarını qəbul etmək və ya onlardan imtina etmək məcburiyyətindədir.
"WhatsApp" üçün yeni istifadə şərtləri ilə razılaşanlar əvvəlki kimi tətbiqdən istifadə edə biləcəklər. Yenilənmiş qaydaları qəbul etməyi rədd edən istifadəçilər funksiyalarda ciddi şəkildə məhdudiyyətlərlə qarşılaşacaqlar.
Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "WhatsApp" istifadəçilərinin hesablarının silinməyəcəyini bəyan edib. Lakin mesajları əvvəlki kimi oxumaq və göndərmək mümkün olmayacaq.
Mesajlaşma yalnız şəxs yenilənmiş şərtlərlə razılaşana qədər zənglər və bildirişlər almaq üçün işləyəcək.