Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 10:50
Ramazan bayram tətilindən geri qayıdan vətəndaşlar rayon avtovağzallarında çətinliklərlə üzləşirlər. Şəxsi avtomobilləri ilə sərnişin daşıyan sürücülər istədikləri qiyməti təklif edirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,Tovuzdan Bakıya gələn sərnişinlər məcburən 20-40 manat arası ödəniş etməli olurlar. 8 nəfərlik nəqliyyat vasitələri isə 20 manat yolhaqqı tələb edirlər.
Amma sürücülər qiymət artımı iddiası ilə razılaşmırlar. Bildirirlər ki, məsafəyə görə normal ödəniş alırlar. Üstəlik, şəhərdə ünvana çatdırlmaya da əlavə ödənişlər tələb olunur. Bir sözlə, avtomobilin rahatlığı, tutumu gediş haqqına təsir edir.
Bayram tətilinin son günündə Gəncədən Bakıya və digər bölgələrə gedənlərin sayı da artıb. Sərnişinlər mənzil başına əsasən taksilər və mikroavtobuslar vasitəsi ilə yola düşürlər. Qiymətlərə gəldikdə isə, bəzi sürcülər bahalaşma olduğunu etiraf edir, ancaq bunun tətilin başa çatması ilə əlaqədar olmadığını bildirirlər.
Digər sürücülər isə qiymətlərdə dəyişiklik olmadığını deyirlər.
Ramazan bayramının sona çatmasına baxmayaraq, Lənkəran avtovağzalında durğunluq hökm sürür. Sürücülər müştəri yoxluğundan gileylənir. Bildirirlər ki, pandemiya şəraiti insanların səyahət imkanlarını məhdudlaşdırıb və bu da müştəri qıtlığına səbəb olub.
Qeyd edək ki, bayram günlərində Lənkərana istirahət üçün üz tutanların sayı çoxdur. Lakin onların əksəriyyəti tətilə şəxsi avtomobilləri ilə gəlib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: