Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərb bölgəsində meliorativ işlər - VİDEO

Qərb bölgəsində meliorativ işlər - VİDEO

Tarix: 16 May 2021 11:40

Yeni subartezian quyuları qazılır, köhnələr təmir olunur

Milli.Az Real TV-ə istinadən bildirir ki, 2000-ci ildə yaradılan Tovuz Subartezian Quyularının İstismarı İdarəsi Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yerləşən 893 ədəd subartezian quyusunun istismarına xidmət edir.

Son 3 illdə rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatını və əhalinin içməli su təchizatını yaxşılaşdırılması üçün 42 ədəd yeni subartezian quyusu qazılıb.

Tovuz rayonu üzrə 429 ədəd, Qazax rayonu üzrə 191 ədəd, Ağstafa rayonu üzrə 266 ədəd və Gədəbəy rayonu üzrə 7 ədəd subartizan quyusu var. Son illər yeni subartezian quyuları istifadəyə verildiyi kimi bir çox subaretizan quyusu da əsasılı təmir olunub.

Qeyd edək ki, ötən il Tovuz Subartezian Quyularının İstismarı İdarəsi üzrə 4 ədəd subartezian quyularında əsaslı təmir - bərpa işləri aparılıb və subartezian quyuları hal-hazırda istifadədədir. Müvafiq olaraq Tovuz rayonu üzrə 18 ədəd, Qazax rayonu üzrə 14 ədəd və Ağstafa rayonu üzrə 10 ədəd yeni subartezian quyusu qazılıb istismara verilmişdir. Bunlardan biri də əvvəllər suvarmada çətinliklər olan Aşağı Quşçu kəndindədə istifadəyə verilib.

Tovuz rayonu üzrə 7746 hektar, Gədəbəy rayonu üzrə 215 hektar, Qazax rayonu üzrə 1766 hektar, Ağstafa rayonu üzrə isə 4024 hektar əkin sahələrinin suvarılır. Ondan 2451 ha kartof, 3192 ha payızlıq dənli bitkilər, 2052 ha yonca, 770 ha üzüm plantasiyası 3704 ha həyətyanı məhlələrin və digər əkin sahələrinin suvarılması nəzərdə tutulub.

Artıq 2021-ci ildə subartezian quyuları ilə 13751 hektar əkin sahələrini suvarmaq üçün Sudan İstifadə Birlikləri ilə müqavilələr də bağlanılıb. Əyyublu kəndində 2 ədəd, Düz Qırıqlı kəndində 1 ədəd, Qovlar şəhərində 1 ədəd və Bozalqanlı kəndində 1 ədəd subartezian quyusunun əsaslı təmir-bərpası aparılacaqdır ki, bu da həmin kəndlərdə suvarma suyuna olan təlabatın yaxşılaşdırılmasına kömək edəcəkdir.

Milli.Az


Etiketlər:  Qərb bölgəsində meliorativ işlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ