Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş müstəntiqi hədələyən şəxs saxlanıldı

Keçmiş müstəntiqi hədələyən şəxs saxlanıldı

Tarix: 17 May 2021 12:10

Keçmiş müstəntiq Rüfət Səfərovu ölümlə hədələyən şəxs saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Səfərov sosial şəbəkədə paylaşım edərək bildirib ki, bu barədə ona Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib: "Əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır. Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verildiyini bildirdi. Ümid edirəm ki, qanunamüvafiq qaydada məsuliyyət tədbirləri görülər, bir daha bu kimi hüquqazidd davranışlarla qarşılaşmaram".

Milli.Az


Etiketlər:  Keçmiş müstəntiqi hədələyən şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ