Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 15:48
Quba sakinində silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağlı kənd sakini Q.Əliməmmədovun yaşadığı evə baxış zamanı oradan 3 ədəd "TOZ", "Karabin" və "İJ" markalı tüfənglər, 1 ədəd patrondaş, 54 ədəd patron, patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkar edilərək götürülüb.