Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA Samir Abasovun cəzasını qüvvədə saxladı

AFFA Samir Abasovun cəzasını qüvvədə saxladı

Tarix: 17 May 2021 17:42

AFFA İntizam Komitəsi "Neftçi"nin baş məşqçisi Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisə mayın 17-də verilmiş cəza qüvvədə qalıb.

Qeyd edək ki, Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən iki oyunluq cəzalanıb. Klub isə 4000 manat cərimələnib.

Abasov bu səbəbdən mayın 3-də səfərdə "Keşlə" (3:0), mayın 8-də isə "Səbail" (4:0) komandası ilə matçları buraxıb.

Milli.Az


Etiketlər:  AFFA Samir Abasovun cəzasını qüvvədə saxladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ