Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon 60 minlik “məxfi ordu” yaradıb

Pentaqon 60 minlik “məxfi ordu” yaradıb

Tarix: 18 May 2021 08:48

Amerika Müdafiə Nazirliyinin (Pentaqon) digər dövlət strukturlarının nəzarətindən kənar hərbi kontingentinin sayı 60 minə çatıb ki, bu da Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) analoji qüvvələrindən 10 dəfə çoxdur.

Bu barədə "Newsweek" nəşri xəbər yayıb.

Pentaqonun məxfi ordusunun təqribən yarısını dünyanın müxtəlif yerlərində gizli əməliyyatlar keçirən hərbçilər təşkil edir. Həmçinin kiberəməliyyatlarla məşğul olan mütəxəssislərin də bu orduya daxil olduğu bildirilir.   

Məlumata görə, məxfi ordunun saxlanılmasına hər il orta hesabla 900 milyon dollar xərclənir.


Etiketlər:  Pentaqon minlik məxfi ordu yaradıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ