Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 11:04
"Azərbaycanla Gürcüstan arasında Azərbaycanın enerji daşıyıcılarının Gürcüstan üzərindən Avropaya nəql etməsi ilə xeyli dərəcədə bağlı olan uzunmüddətli əməkdaşlıq formalaşıb".
Bunu Sonxeber.net-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, Azərbaycanla əməkdaşlıq Gürcüstan üçün prioritetdir:
"Bu enerji seqmentindəki əməkdaşlıq bütövlükdə iqtisadi əməkdaşlığı iki ölkə arasında demək olar ki, şərtləndirir və bu iqtisadi əməkdaşlıq isə öz növbəsində siyasi müstəvidə münasibətlərin strateji tərəfdaşlıq və önəmli tərəfdaşlıq kimi mövqeləşməsinə şərait yaratmaqdadır. Buna görə də, hesab etmirəm ki, hansısa qüvvələr tərəfindən yaradılan insidentlər iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirə bilər.
Azərbaycanda formalaşan enerji daşıyıcılarının idxalı siyasəti prioritet olaraq Gürcüstan üzərindən nəzərdə tutulur. Ona görə də, Gürcüstan Azərbaycan üçün açar dövlətlərdəndir. Eyni zamanda Gürcüstan üçün həm öz ölkəsinin enerji daşıyıcıları ilə təminatı, həm də ki, Gürcüstanın tranzit ölkə kimi mövqeləşməsi nəzərdən Azərbaycanla əməkdaşlıq Gürcüstan üçün sözsüz ki, prioritetlərdəndir. Bununla yanaşı bölgədə yeni geosiyasi və iqtisadi reallıqlar formalaşmaqdadır. Bu konteksdə uzun müddətli perspektivdə iki ölkə arasında əməkdaşlıq yalnız enerji daşıyıcılarının prioritetlərinə deyil, daha şaxələndirilmiş formatda olmasına artıq indidən istiqamətlənməyi zəruri edir ki, uzunmüddətli perspektivdə iki ölkə arasında iqtisadi, siyasi, sosial və o cümlədən enerji sektorundakı əməkdaşlıq daha da intensiv şəkildə davam etsin. Amma bu, belə olan halda münasibətlər daha da yaxınlaşmalıdır.
Bölgədəki sabitlik və inkişafa maneçilik törətmək istəyən qüvvələr, o cümlədən bölgədən uzaq ölkələr də və mərkəzlər də kifayət qədər çoxdur".
Təhməz Əsədov