Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstəyirəm mən öləndə hamı gülsün, sevinsin'' - FOTO

''İstəyirəm mən öləndə hamı gülsün, sevinsin'' - FOTO

Tarix: 18 May 2021 19:15

"Təkcə xanımlar yox, kişilər də paxıllıq edirdi. Hər zaman gözəl olmuşam. Buna görə də ən yaxınlarımdan belə qısqanclıq görmüşəm. Məni hər zaman qısqanırdılar. Gözəlliyim başıma bəla olub. Səhnəyə çıxmayım deyə, çayıma dərman atıblar, qrim otağından qovublar, xəstəxanalıq belə olmuşam".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Sözbaz" proqramında deyib. Aktrisa sənət adamlarının ona qarşı etdiklərindən danışıb.

N.Allahverdiyeva "Qadın kimi xoşbəxtsiniz" sualına belə cavab verib:

"Valideynlərimin ayrılmasının travması üstümdə qalıb. Hər zaman bu haqda danışanda özümü saxlaya bilmirəm (ağlayır). get-gedə bunu daha çox hiss edirəm, bilmirəm niyə. Hər zaman insanların övladlarının əzizlədiyini görəndə baxıram ki, mənə edilməyib. Mənim məhəbbətə ehtiyacım var. Depressiyada olanda, pis vaxtlarımda tanımadığım, vitual insanlar dəstək olub mənə. Övladımı indi böyük sevgi ilə böyüdürəm.

İstəyirəm ki, mən öləndə arxamca kimsə ağlasın. İstəyirəm ki, hamı gülsün, sevinsin, danışsınlar".


Etiketlər:  İstəyirəm mən öləndə hamı gülsün sevinsin FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ