Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 16:30
Son günlər müğənni Xatirə İslamın hamilə olduğu ilə bağlı xəbərlər yayılıb.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, müğənni ilk dəfə bu barədə ATV kanalında qonaq olarkən açıqlama verib. O, bildirib ki. yenidən ana olmaq istəyir buna görə müalicələr etdirir:
"Mən iki ildən artıqdır ki, müalicələr etdirirəm. Xanımlarımız bilir hormon dərmanları çox təhlükəlidir və bizi kökəldir. İki il fasiləsiz o dərmanlardan istifadə etmişəm. İndi də ana olmaq üçün müalicələr alıram. Amma biraz kökələn kimi yazırlar ki, Xatirə ana olacaq. Belə bir şey hələki yoxdur. Olanda deyəcəm. Normal qadınam. İxtiyarım var ana olmağa".