Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hind ştamı Fransada daha böyük problemlərə səbəb ola bilər

Hind ştamı Fransada daha böyük problemlərə səbəb ola bilər

Tarix: 19 May 2021 20:46

Fransa COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimindən çıxmağa hazırlaşdığı vaxtda mütəxəssislər ölkədə koronavirusun Hindistan ştamının yayılması ilə bağlı narahatlıqlarını bildirirlər. Hindistan ştamının bir neçə variantı olduğu bildirilib. Fransada hind ştamının ən təhlükəli variantı - B.1.617.2 üzrə artıq 30 yoluxma faktı qeydə alınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Regional Səhiyyə Ajansının məlumatında xəbər verilib.

"Imperial College de Londres" və Lill Universitetinin professoru, genetika üzrə mütəxəssis Filip Forgel yerli mətbuata müsahibəsində hökuməti fəaliyyətsizlikdə qınayıb. Hind ştamının aşkarlanması üçün Fransada xüsusi testlərin olmadığını diqqətə çatdıran alim bu ştamın sürətlə yayıldığını vurğulayıb. Bildirib ki, Fransada səlahiyyətli şəxslər vəziyyəti yaxından və diqqətlə izləməlidirlər. Hind variantı mənşə virusdan daha sürətlə yayılır. Böyük Britaniyada ingilis ştamının dominantlığı iki ayyarım davam etdisə, bu müddət Fransada üç ayyarım oldu. Hindistan ştamı sürətlə inkişaf edərsə, iyulda Fransa virusun dördüncü dalğası ilə üzləşəcək. Beləliklə, ölkə böyük problemlərlə qarşılaşa bilər.


Etiketlər:  Hind ştamı Fransada daha böyük problemlərə səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ