Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda türk adları qoyulmasına qadağa - FOTO

İranda türk adları qoyulmasına qadağa - FOTO

Tarix: 21 May 2021 13:16

İran azərbaycanlısı Hüseyin Əmani Nadarlı bu gün öz İnstaqram səhifəsində post paylaşaraq, oğlu Oğuza türk adı seçdiyinə görə İranın aidiyyatı qurumları tərəfindən doğum şəhadətnaməsi verilmədiyini bildirib.

Sonxeber.net "Radio Farda"ya istinadən bildirir ki, onun sözlərinə görə, İranın Qeydiyyat Baş İdarəsi bu adın təsdiqlənmiş adlar siyahısında olmadığını bəhanə edərək Oğuza doğum sənədi verməkdən imtina edib.

İranın Qeydiyyat Baş İdarəsinin Azərbaycan və türk adlarına görə yeni doğulan uşaqlara doğum sənədi verməkdən yayınması yeni hal deyil.

Bundan əvvəl də bununla bağlı mediada İranda vətəndaş hüquqlarının pozulması və Azərbaycan türklərinə qarşı ayrı-seçkilik edildiyini göstərən çox sayda xəbər yayılıb.


Etiketlər:  İranda türk adları qoyulmasına qadağa FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ