Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 08:27
Xurma palmakililər fəsiləsinə daxil olan xurma ağacının meyvəsidir. Xurma ağacının meyvəsi dadlı və yeməlidir. O ən çox sevilən quru meyvələrdəndir. Sənayedə xurma palmasının meyvələrindən çox istifadə edilir. Xurma meyvəsi İslam dinində çox qiymətləndirilir. Məhəmməd pyeyğəmbər bu meyvəni çox sevmiş və Quranda bu meyvə barədə 29 dəfə qeyd etmişdir. Düyada bir çox müqəddəs adamlar xurma meyvəsi ilə qidalanmışdır. Xurmanın tərkibinin 60-65%-ni karbohidratlar təşkil edir. Bu miqdar digər quru meyvələrdəkindən qat-qat artıqdır. Xurmanın tərkibində olan sink, dəmir, marqanes, maqnium, kalium, kalsium, fosfor, aliminium, kolbat, kükürd, protein və yağların miqdarı orqanzimdəki vitamin və mineral çatişmazlığının qarşısını ala bilmək qabiliyyətinə malikdir. Xurmanın tərkibində 23 növ müxtəlif amin turşuları var.
Xurmanın tərkibində A, C, B1, B2, B6 vitaminləri, riboflobin, niatsin, pantoten turşusu var. Onlar orqanizmdə karbohidratların, şəkərin miqdarına nəzarət edir. Xurmanın tərkibində olan yağ turşuları qanda qlükozanın miqdarını nəzarət altında saxlaya bilir.
Xurmanın tərkibində olan liflər xərçəng xəstəliyinin risk faktorunun aradan qalxmasına səbəb olur və ftor dişlərdə kariesin əmələ gəlməsini ləngidir. Xurmanın tərkibində xolesterin yoxdur. Araşdırmalar qurudulmuş xurmanın insan beyninə təzə xurmadan 20% çox faydalı olduğunu sübut edib. Xurmanın faydalarından qədim zamanlarda da istifadə edilib. O onkoloji xəstəliklərə qarşı mübarizə aparır, vərəm, infeksiya və müxtəlif xəstəliklərinin sağalmasını sürətləndirir. Xurma orqanizmə güc verir, ürəyi möhkəmləndirir, impotensiyanı aradan qaldırır, bağırsaqlardakı faydalı bakteriyaları artırır, orqanizmin turşu balansını normallaşdırır. Xurma virus və mikroblara qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. O beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, xərçəng riskinin aradan qalxmasına səbəb olur.
Xurma fiziki gücü artırır, ömrü uzadır, insanların xəstəliklərə qarşı olan müqavimətini yüksəldir. Ürək-damar xəstəlikləri zamanı xurma yemək çox faydalıdır. Xurma yemək ağır sürən xəstəliklərdən sonra orqanizmi gümrahlaşdırır. Xurmadan müxtəlif qida məhsullarının hazırlanması zamanı da istifadə edilir. Ərəblər ondan müxtəlif konditer məhsullarının hazırlanması məqsədilə istifadə edirlər.
Xurmanın zərərli xüsusiyyətləri
Allergik xəstəliklərdən əziyyət çəkənlər xurma yeyərkən diqqətli olmalıdırlar. Şəkərli diabet xəstələri, qlikemik indeksi yüksək olan xəstələr xurma yeyən zaman diqqətli olmalıdırlar. Çoxlu miqdarda xurma yemək qanda şəkərin miqdarının artmasına səbəb ola bilir.
Mədə-bağırsağın yara xəstəliklərindən əziyyət çəkənlərə çoxlu miqdarda xurma yemək məsləhət görülmür. Xurmanın tərkibində 29 növ monosaxaridlər var. Ondan çoxlu miqdarda istifadə eləmək bağlırsaqlarda qazların, diareyanın, köpün əmələ gəlməsinə səbəb ola bilir. Xurma yemək istəyərkən gün ərzində başqa meyvələr yeməyinizə də diqqət eləmək məsləhət görülür. Gün ərzində 10-dən çox xurma yemək məsləhət görülmür. Ağır fiziki işlə məşğul olanlara isə gün ərzində 20-25 ədəd xurma yemək mümkündür.