Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' Honda və digər 2 futbolçu ilə rəsmən yolları ayırdı

''Neftçi'' Honda və digər 2 futbolçu ilə rəsmən yolları ayırdı

Tarix: 22 May 2021 19:52

"Neftçi" 3 futbolçusu ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov "Neftçi TV"yə açıqlamasında bildirib. Həmin oyunçular arasında  Keysuke Honda, Ahmed Ahmedov və Rener Alveş var.
 
Abasovun sözlərinə görə, Hondanın müqavilə müddəti başa çatıb və o, davam etmək istəməyib. Çempionluq qolunu vuran Ahmed Ahmedov isə müqavilə ilə məxsus olduğu Sofiya ÇSKA-sına qayıdacaq. Heyətə düşməyən Rener Alveşin gedişi bir müddət əvvəldən dəqiqləşmişdi.
 
Həmçinin baş məşqçi legioner hücumçu transfer edəcəklərini əlavə edib. O həmçinin digər mövqelərə də yerli və əcnəbi futbolçular axtardıqlarını söyləyib.

Milli.Az


Etiketlər:  Neftçi Honda digər futbolçu ilə rəsmən yolları ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ