Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan ərazisində 160 erməni əsgərin olması barədə iddialara cavab

İrandan ərazisində 160 erməni əsgərin olması barədə iddialara cavab

Tarix: 23 May 2021 16:02

İranın Yerevandakı Səfirliyi İran ərazisində 160 erməni hərbçisinin olduğu barədə şayiələri təkzib edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səfirliyin müvafiq bəyanatını "parstoday.com" saytı yayımlayıb.

Bəyanatda deyilir:

"İran İslam Respublikasının Ermənistan Respublikasındakı Səfirliyi bəzi erməni KİV-də 160 erməni əsgərin İranda olması, İran tərəfinin isə onların geri qaytarılması üçün şərt irəli sürməsi barədə yayılan şayiələri yalan və əsassız hesab edir".

Qeyd edək ki, bir sıra erməni KİV-i 160 erməni əsgərinin 44 günlük müharibə zamanı İran sərhədini keçdiyinə dair məlumatlar yayıb.


Etiketlər:  İrandan ərazisində erməni əsgərin olması barədə iddialara cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ